Qaçqınların ölümünə görə 5 nəfər həbs olunub

Foto arxiv

Macarıstanda 71 miqrantın ölümündə şübhəli bilinən daha bir nəfər həbs edilib.

Beləliklə bu işlə bağlı həbs olunanların sayı 5 nəfər çatıb.

Miqrantların cəsədi ötən həftə Avstriyada yolun kənarında buraxılmış yük maşınında aşkar edilib.

Məlumatlara görə, o Bolqarıstan vətəndaşıdır.

Əlavə detallar barədə məlumat verilmir.

Qalan 4 nəfərdən isə 3 Bolqarıstan, biri isə Əfqanıstan vətəndaşıdır.

Son vaxtlar Suriya və Şimali Afrika ölkələrindən Avropaya qaçqın axını artıb.

Onlar Yunanıstan, Makedoniya, Serbiya və Macarıstan vasitəsi ilə Qərbi Avropa ölkələrnə keçmək istəyirlər.

İlkin versiyaya görə, miqrantlar havasızlıqdan ölüb, Onların əksəriyyətinin Suriyadan olduğu güman edilir.

Avropa Birliyinin məlumatına görə, bu il üzv ölkələrə təxminən 340 min qaçqın gəlib.

Həmçinin Türkiyə, Livan və İordaniyaya xeyli qaçıqn keçib.