20 milyardlıq müqavilə imzalandı

Nursultan Nazarbaev

Qazaxıstan yaxın günlərdə Çinlə 20 milyard dollarlıq razılaşma imzalanacağını bildirir.

Bu barədə Qazaxıstanın Sərmayyə və İnkişaf naziri Aset İsekeshev məlumat verir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 31-də Pekinə rəsmi səfərə gedib.

İsekeshev bildirib ki, razılaşma nəqliyyat, maşınqayırma, kimya sənayesi və iqtisadiyyatın digər sahələrini əhatə edir.

Nazarbayev Çin lideri Xi Jinpinglə görüşüb.

Onun sentyabrın 3-də İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin Yaponiya üzərində qələbəsinin 70 illiyi ilə bağlı keçiriləcək hərbi parada qatılacağı gözlənilir.

Çinin məlumatına görə, paradda Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan prezidentləri, habelə 30 ölknin nümayəndələri iştirak edəcək.