Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “Azərros”dan istefa verib.
Bu barədə APA-nın Moskva müxbirinə “Azərros”dan məlumat verilib.
Məlumata görə, avqustun 31-də "Azərros" Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.
İclasda Abbas Abbasov təşkilatdan və Ağsaqqallar Şurasının üzvlüyündən istefa verdiyini bildirib və istefası qəbul edilib.