"Qəbələ"nin hücumçusu 1 oyunu buraxacaq

Foto arxiv

Qəbələ"nin yeni transferi Fakundo Abel Pereyra Avropa Liqasının qrup mərhələsində PAOK-la Yunanıstanda keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Bu barədə Qol.Az-a "Qəbələ"nin meneceri Səməd Nəsibov məlumat verib.

O,bildirib ki, PAOK-dan icarəyə götürülən argentinalı hücumçu müqavilənin şərtlərinə əsasən bu komanda ilə səfər oyununu buraxmalı olacaq.

Onun Bakıda keçiriləcək görüşdə isə oynamaq hüququ var.

Qeyd edək ki, Pereyra "Qəbələ" klubu ilə bir illik icarə müqaviləsi imzalayıb.