Fikrət Qoca “Şərəf” ordeninə layiq görülüb

İlham Əliyev

Azərbaycanın Xalq şairi Fikrət Qoca “Şərəf” ordeninə layiq görülüb.

Prezident İlham Əliyev sentyabrın 1-də imzaladığı sərəncamda onun mu mükafata Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə layiq görüldüyü bildirilir.

Prezident şairin 80 illik yubileyi münasibətilə ona təbrik məktubu da göndərib.