Rusiyaya qarşı sanksiyalar uzadılır

Foto arxiv

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə razılaşıb.

Söhbət Rusiyanın hüquqi və fiziki şəxsləri, habelə ukraynadakı rusiyapərəst separatçılardan gedir.

Qərar sentyabrın 2-də Avropa Birliyi ölkələri səfirlərinin iclasında qəbul edilib.

Bunu sentyabrın ortalarında nazirlərdə təsdiqləməlidir.

Rusiyaya qarşı bu sanksiyaların müddəti sentyabrın 15-də bitir.

Söhbət məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasından gedir.

Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 150 nəfərə şamil edilir.

Bundan Krımın ilhaqına görə 37 şirkət və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, ABŞ və digər dünya ölkələri də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.