Berbatov "Qəbələ"nin rəqibi "PAOK"da

UEFA logo, undated

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Bolqarıstan millisinin keçmiş futbolçusu Dimitar Berbatovu transfer edib.

Bu barədə Klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçunun Avropa Liqasının qrup mərhələsində artıq "Qəbələ" ilə oyunlarda meydana çıxacağı gözlənilir.

Berbatov "Bayer" "Tottenhem", "Mançester Yunayted" və "Fulhem" kimi klublarda oynayıb. Son komandası isə "Monako" olub.