-
Azərbaycanın xalq artisti, kaman ustası Habil Əliyev komaya düşüb.
Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın apa-ya verdiyi məlumata görə, sentyabrın 3-ü gecə xalq artistinin vəziyyəti tamam pisləşib:
«Dünəndən reaksiya vermirdi. Bu gün artıq komaya düşüb, heç bir ümid yoxdur. Həkimlər artıq heç nə edə bilmir. Qohum-əqrəba oturub başının üstündə. Canını tapşırmasını gözləməkdən başqa çarəmiz yoxdur».
Habil Əliyev ürək və ağciyər problemlərindən əziyyət çəkir.