Neft Akademiyasının adı dəyişdirilib

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Prezident Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilməsi barədə də sərəncam imzalayıb.

Sərəncama əsasən, Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.