- "Baxırsan ki, əsərləri "çoxmənalı" olduğunu deməklə tərifləyirlər."
Ədəbiyyatda çoxmənalılıq niyə yaxşıdır?
Həyatın bütün sahələrində çoxmənalılıq qüsur hesab edilir. Aydınlıq qiymətləndirilir.
Məsələn, bir cihaz almısansa, onun texniki təlimatı mücərrəddirsə, çoxmənalıdırsa, pisdir. Siyasətçilər çoxmənalı danışsalar, çoxmənalı davransalar, mövqesizliyə görə tənqid olunurlar.
Amma ədəbiyyatda çoxmənalılıq yaxşı şey hesab olunur. Baxırsan ki, əsərləri "çoxmənalı" olduğunu deməklə tərifləyirlər. Məsələn:
“Mən orta yolları sevirəm,” yazıçı, ədəbiyyat tənqidçisi John Updike deyirdi. “Ekstrim nöqtələr ortada toqquşur və orada çoxmənalılıq hakimiyyət başına keçir.”
“Möhtəşəm bir çoxmənalı sonluq” Barry Norman “Ququ quşu yuvası üzərində uçarkən" (One Flew Over the Cuckoo’s Nest) romanı haqda deyirdi.
“Blood Meridian" romanı bu suallar haqda əla çoxmənalı romandır” Scott Esposito bu sözləri Cormac McCarthy’nin romanı haqda danışanda deyirdi.
“Nə qədər çoxmənalıdırsa, o qədər zövqlüdür” Milan Kundera deyirdi.
“Françoise Sagan’ın “Bonjour Tristesse” əsəri seksual azadlıq haqda möhtəşəm çoxmənalı romandır,” Amazon səhifəsinin tanıtımında deyilir.
Tənqidçi Janet Solberg yazır: “Yazıçıların və oxucuların mətn çoxmənalılığında bərabər payı var. Çünki ədəbiyyat həm təsvir edir, həm də dilin yaratmaq və “məna”nı mücərrədləşdirmək qabiliyyətindən asılıdır.”
***
Əsərlərdə qəhrəmanların görünüşləri, hərəkətləri elə konkret təsvir olunur ki, onlara heç cür çoxmənalı demək olmaz.
Deməli, yuxarıda təriflədiyimiz çoxmənalılıq əsərin verdiyi mesaja, nəsrin nəticəsinə və xarakterlərə aid məsələdir, detallarına yox? Nədir çoxmənalılıq?
***
Çoxmənalılığı ədəbiyyatın vacib xüsusiyyəti kimi tanıdan ilk şəxs William Empson olub, o, 1930-cu ildə “Yeddi növ çoxmənalılıq” adlı kitab yazıb.
Emspson ədəbiyyatda çoxmənalılığı əsasən belə izah edir:
İnsanlar iki şeyi eyni vaxtda edə bilmirlər, amma bir mərhələ olur ki, o mərhələdə hər iki variantı etməyə hazır hiss edirlər özlərini, onlardan hansını etsələr, fikirlərində o birini etmədikləri üçün xiffət çəkirlər. Çünki fikirdə hər iki imkanı tuturlar.
Məhz buna görə ədəbiyyatda da belə bir hissə yer qoymaq onu gerçəkçi, inandırıcı etməyə xidmət edir.
F.W.Bateson adlı başqa bir ədəbiyyatşünas isə "müasir dünyanın problemləri həll etməyə yönəlmiş, məqsədyönlü düşüncəyə köklənmiş meylini nəzərə alaraq" deyir ki, sənətdə çoxmənalılığın məqsədlərindən biri qarışdırmaq, çaşdırmaq, dünyanın işlərini həll etməyə iddialı olan bugünkü təkəbbürü, aktiv təşəbbüsü sarsıtmaq bacarığıdır.
Təəccüblü deyil ki, Bateson’un ən sevimli əsərlərindən biri "Alisa və güzgü"dür.
Bu əsərin müəllifi D.H.Lawrence isə Bateson və Empsondən da əvvəl deyirdi ki, romanın böyuklüyü dünyadakı hər şeyin başqa şeylə əlaqəsi olduğunu göstərməsidir, romanlar nə isə haqqında mütləq mövqe bildirə bilməzlər.
Yaxşı romançı həyatın mürəkkəbliyini bu şəkildə göstərməlidir. "Roman sənə “didaktik yalanlar danışmağa icazə verməz” - Lawrence deyirdi.
Bateson deyir ki, sənətkarlar buna nail olmaq üçün şüuraltına qarşı, zəkadan kənar bütün yalanlara qarşı səxavətli olmalıdırlar.
Lawrence deyir, roman didaktiklikdən yayınmaq üçün romançı təsvir etdiyi dünyaya həqiqətən də açıq olmalıdır.
Amma bir şeirdə və ya romanda çoxmənalılıq hissinin qəsdən qurulmuş olmasını hiss etmək qədər itələyici şey olmur.