Bir neçə hakim cəzalandırılıb

Foto illüstrasiya

-

Azərbaycanda bir neçə hakim ciddi nöqsanlara yol verdiyinə görə cəzalandırılıb.

Bu barədə sentyabrın 2-də keçirilən Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib.

İclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyəti qiymətləndirilib, onların işinin yerində öyrənilməsinin nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi məlumatlar ətraflı müzakirə olunub. Həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib

İclasda həm də hakimlər barədə intizam icraatlarına baxılıb. Kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib. Vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçiliyə görə bir hakim barədə intizam icraatı başlanılıb. /apa/