İslam Dövləti qrupu Suriyanın Palmira şəhərində 3 qədim türbəni partladıblar.
Bu barədə sentyabrın 4-dəantik məsələlər üzrə idarənin rəhbəri Maamoun Abdelkarim məlumat verib.
Onun sözlərinə görə, bu türbələr eramızdan əvvəl 44-103-cü illərə aiddir.
Abdelakrim bunların Palmirada indiydək qorunub saxlanmış ən gözəl türbələr olduğunu deyir.
İslam Dövləti yaraqlıları Palmiranın bu ilin mayında ələ keçiriblər.
Yaraqlılar son bir neçə həftə ərzində şəhərdə YUNESKO-nun mədəni irsinə daxil olan Bal-Şamin və Bel məbədlərini də partladıblar.
İslam Dövləti qrupu bundan əvvəl də nəzarətində olan xristian və müsəlman abidələrini dağıdıb.
Hazırda İraq və Suriyanın bir çox əraziləri bu qrupun nəzarətindədir.