Sentyabrın 4-də Oğuzda təkrar zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə zəlzələ saat 14:38-radələrində Şəkinin 27 km-də qeydə alınıb.
Yeraltı təkanlar 3.3 baı gücündə olub.
Bundan əvvəl saat 09:55-radələrində də Oğuzda 3 ballıq zəlzələ baş verib.
Qeyd edək ki, sentyabrın 4-də Şəki də 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan Şəki və ətraf rayonlarında 6-5-4 və 3 baladək hiss olunub.