Özünü qatarın altına atdı

Foto illüstrasiya

-

Sentyabrın 5-də Bakı metropoliteninin «28 May» stansiyasında 30 yaşlı kişi hərəkət edən qatarın altına düşüb. Şahidlər onun intihar etdiyini bildirirlər.

Hadisəylə əlaqədar bir müddət metroda qatarların hərəkəti dayandırılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, mərhum Rusiya vətəndaşıdır, adı Rüstəm Fəxrəddinoviç Mirzəyevdir.

Faktla bağlı araşdırma aparılır.