"Hürriyet"in redaksiyasına hücum olub

Foto illüstrasiya

-

Türkiyənin "Hürriyyet" qəzetinin redaksiyasına hücum olub.

Bu barədə hurriyet.com.tr saytı məlumat yayıb.

Bildirilir ki, təxminən 200 nəfərlik qrup prezident Receb Tayyip Erdogan-ın televiziya müsahibəsindəki bəzi sözlərin hurriyet.com.tr saytında təqdimat formasına etiraz edib.

Qrup üzvləri redaksiyanın binasına soxulmağa cəhd ediblər. Onlar binanın şüşələrini daş və dəyənəklərlə sındırıblar, Erdogan-ın lehinə şüarlar səsləndiriblər.

Mühafizəçilər qrup üzvlərinin binaya daxil olmasının qarşısını ala bilib. Əraziyə polis gəldikdən sonra qrup üzvləri hadisə yerindən uzaqlaşıblar.