Davutoglu AB-ni tənqid edir

Miqrantlar Münhendə

-

Türkiyənin baş naziri Ahmet Davutoglu Avropa Birliyini “gülünc sayda az” qaçqın qəbul etdiyinə görə tənqid edib. Davutoglu sentyabrın 7-də Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetində yazır ki, Türkiyə Suriya və İraqdan 2 milyondan çox qaçqını qəbul edib.

O, qitəni “Xristian qalası Avropa” adlandırır və qaçqın problemlərini Türkiyə üzərinə qoymağın əlverişli olduğunu qeyd edir.

Suriyadan qaçan 4 milyondan çox qaçqının əksəriyyəti Türkiyə, İordaniya və Livandakı qaçqın düşərgələrinə sığınıb.

Davutoglu onu da deyir ki, Türkiyə immiqrasiya məsələlərində Avropalı tərəfdaşlarla əməkdaşlığa hazırdır.