ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzey Kasprzyk Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son vaxtlar intensiv pozulması və itkilərin artmasından narahatdır.
Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib.
Məlumata görə, o bu həftə Azərbaycana gələcək və Bakıda bir sıra görüşlər keçirəcək.
Onun səfər çərcivəsində cəbhə bölgəsinə də baş çəkməsi nəzərdə tutulur.
Andrzey Kasprzyk sentyabrın 4-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinqdə iştirak edib.
Sentyabrın 5-də isə Yerevanda Ermənistan prezidenti Serz Sargisyanla qoşunlarının təmas xəttindəki son durumu müzakirə edib.