NATO rəhbəri Ukraynaya gedəcək

Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg ayın sonunda Kiyevə səfərə gedəcək.

Bunu sentyabrın 7-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Brüsseldə Stoltenberglə görüşün yekunlarını şərh edərkən deyib.

O görüşün vaxtının yaxın günlərdə elan ediləcəyini deyib.

Nazir qeyd edib ki, Kiyev NATO ilə əməkdaşlığı möhkəmləndirmək üçün bu görüşün imkanlarından hərtərəfli istifadə edəcək.

Nazir Stoltenbergin Ukrayna milli təhlükəsialik şurasının iclasına dəvət edildiyini deyib.

“Hərbi doktrina da daxil olmaqla biz, bir sıra strateji sənədlər qəbul edəcəyik”-deyə Klimkin vurğulayıb.

O bunun Ukraynada NATO nümayəndəliyinin açılmasına imkan yaradacağını deyib.

Rusiya Ukrayna ilə NATO arasında sıx əlaqələrə qarşıdır.