Əfqanıstanda azı 11 polis öldürülüb

Foto arxiv

Əfqanıstan rəsmiləri ölkənin cənubunda yerləşən Helmand Əyalətində hava zərbəsi nəticəsində azı 11 polisin həlak olduğunu deyirlər.

Daxili işlər nazirliyinin adı çəkilməyən sözçüsü zərbənin avqustun 6-da NATO qüvvələri tərəfindən endirildiyini deyir.

NATO isə həmin gün Əyalətə zərbələr endirmədiyini bəyan edib.

Rəsmilərdən birin sözlərinə görə, həmin vaxt əyalətdə narkotik qaçaqçılarına qarşı əməliyyat keçirilirmiş. O həmçinin insident nəticəsində Daxili İşlər Nazirliyi Antiterror Departamentinin 4 zabitinin yaralandığını deyir.