"Qəbələ"nin rəqibində itkilər var

UEFA Europa League

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya"nın daha iki futbolçusu zədələnib.

Klubun rəsmi məlumatına görə, Pierre-Emerick Aubameyang və Lukas Pishek yüngül zədə alıblar.

Amma bu barədə son sözü klubun həkimi Markus Braun deyəcək.

Pishek Polşa, Aubameyang isə Qabon yığmasının üzvüdür.

Bundan əvvəl "Borussiya"nın futbolçusu Marko Roys da zədələndiyindən millinin heyətindən kənarlaşdırılıb.