“Almaniya bu il 800 min qaçqın qəbul edə və onları intiqrasiya edə bilər.
Amma hamıya aydın olmalıdır ki, bu uzun müddətli və hər il təkrar oluna bilməz”.
Bunu Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel sentyabrın 7-də Berlində keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Avropa Birliyinin qaçqın məsələləri üzrə siytasətini dəyişmək lazımdır.
Nazir qeyd edib ki, Almaniya, Avstriya və İsveç daha çox qaçqın qəbul edən əsas ölkələr kimi qala bilməzlər.
Məlumatlara görə, Münhendəki dəmiryol vağzalında yerli sakinlər qaçqınları isti qarşılayıb.
Amma BBC-nin məlumatına görə, əhalinin hamısıqaçqınların gəlişindən heç də məmnun deyil.
BBC ötən gecə Almaniyadakı müvəqqəti qaçqın düşərkəsində iki yanğın baş verdiyini xəbər verir.
Polis bunlardan birinin siyasi motivli olduğunu bildirir.