Rusiyada müxalifət lideri Aleksey Navalnynın tərəfdarları Moskva meriyasına sentyabrın 20-də paytaxtda kütləvi mitinq keçirilməsi ilə bağlı ərizə veriblər.
Bu barədə İnterfaks agentliyi Korrupsiya ilə Mübarizə Fondunun icraçı direktoru Roman Rubanova istinadla xəbər verir.
Müxalifətçilər Bulvar dairəsində aksiya, sonra isə Andrey Sakharov prospektində mitinq keçirməyi planlaşdırırlar.
Meriya çərşənbə günü və ya cümə axşamı sorğuya cavab verməlidir.
Navalny ötən həftə sentaybarın 20-də hakimiyyət dəyişikliyi ilə bağlı mitinq keçirəcəklərini bəyan etmişdi.
Onlar müxalifətçilərin seçkilərə buraxılmasına təminat yaradılması, müharibənin dayandırılması, senzuranın ləğv edilməsi, siyasi məhbusların azad edilməsi və korrupsiyaya qarşı mübarizə aparılmasını tələb etmək fikrindədirlər.