Qaçqın axını davam edir

Macarıstan sərhədində qaçqınlar

-

Macarıstanda təhlükəsizlik işçiləri ilə sığınacaq axtaran qaçqınlar arasında toqquşma baş verib. Suriya, İraq və Əfqanıstandan minlərlə qaçqın və miqrant Almaniyaya getmək istəyir. Sentyabrın 7-də yüzlərlə miqrant Macarıstanın Serbiya ilə cənub sərhədində polis səddini qırıb və Budapeştə doğru yol alıb.

Macarıstanın müdafiə naziri Csaba Hende həmin gün istefa verib. Baş nazir Viktor Orban Serbiya ilə sərhəd boyunca dörd metrlik hasar ucaltmaq məsələsini müzakirə edib.

Bu il Macarıstana qanunsuz olaraq 167 min miqrant daxil olub. Almaniya rəsmiləri 4 min miqrantın Münhenə gəldiyini bildirir. Onların çoxu qatarla gəlib, 1500 nəfər digər şəhərlərə göndərilib.

Almaniya bu il 800 min qaçqını qəbul edəcəyini bildirir.

Ötən gecə Almaniyanın mərkəzində qaçqın evi yandırılıb, 5 qaçqın xəsarət alıb.

Britaniya isə növbəti 5 ilə 20 min suriyalı qaçqını qəbul edəcəyini bəyan edib.