-
Sentyabrın 8-də Abşeron, Astara və Qazax magistral qaz kəmərlərində aparılan təmirlə əlaqədar bir neçə yerdə qaz olmayacaq.
«Azəriqaz»ın məlumata görə, saat 10:00-dan 18:00-dək «Bolqarıstan», «İmişli», «Əskipara» və «Qazax» qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və Bolqarıstan sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.