Bolqarıstan Rusiyaya hava məkanı vermir

Foto arxiv

Bolqarıstan Suriyaya humanitar yüklər çatdırmaq üçün Rusiyaya hava məkanı verməyib.

Bu barədə sentyabrın 8-də Bolqarıstan xarici işlər nazirliyinin rəsmisi məlumat verib.

Onun sözlərinə görə, qərar bu günlərdə qəbul olunub.

Rusiya tərəfi hələlik məlumata münasibət bildirməyib.

Həmçinin Yunanıstan hökuməti bundan əvvəl Suriyaya yük aparan Rusiya təyyarələri üçün açıq hava məkanının artıq gündəmdə olmadığını bəyan eləmişdi.

ABŞ bu yaxınlarda Yunanıstandan Rusiyaya hava məkanı verilməməsini istəmişdi.