Habil Əliyevlə vida mərasimi keçirilir

Habil Əliyev

-

Kaman ustası, xalq artisti Habil Əliyevlə vida mərasimi bu gün – sentyabrın 9-da saat 11.30-dan 14.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xalq artistinin I Fəxri Xiyabanda dəfn olunacağı da deyilir.

Habil Əliyev sentyabrın 8-də uzun sürən xəstəlikdən sonra öz evində vəfat edib.

Habil Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verən ustaddır.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.