Ədliyyə nazirinin müavinini oğurlayıblar

İraq, arxiv fotosu

-

Sentyabrın 8-də İraqda silahlılar ədliyyə nazirinin müavini vəzifəsini icra edən şəxsi oğurlayıb, sürücüsünü isə yaralayıblar.

Oğurlanan şəxs – Abdul Karim Fares-dir.

Qara libaslı silahlılar onun olduğu maşını Bağdadın şimalşərqindəki Binook ərazisində saxlayıblar.

Bu hadisədən bir neçə saat öncə silahlılar Sadr City-də böyük bir tikinti firmasının 18 türk işçisini oğurlayblar.

Hər iki halda silahlıların kimliyi naməlum qalır.

Bağdadda siyasi və pul səbəblərindən oğurlama halları bir problem olaraq qalmaqdadır.