Pakistanda daha bir jurnalist öldürülüb

Foto arxiv

Pakistanın Karaçi şəhərində daha bir jurnalist öldürülüb.

Naməlum silahlı adamlar Aftab Alamı sentyabrın 9-da

Evinin ətrafında güllələyib.

O müxtəlif televiziya kanallarına işləyirmiş.

Bu son 24 saat ərzində Karaçidə jurnalistlərə edilən ikinci hücumdur.

Sentyabrın 8-də yaraqlılar atəş açaraq özəl Geo TV kanalının texniki Arshad Ali Jafarini öldürüb, digər əməkdaşını isə yaralayıblar.

Jurnalistlər ittifaqı bundan sonra ölkədə media işçilərinin təhlükəsizliyini təmin etməyə və cinayətkarları həbs etməyə çağırıb.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 1992-ci ildən bu yana Pakistanda 50-dən çox media işçisi öldürülüb.