Avropa Komissiyasının sədri Jean-Claude Juncker Rusiyaya Avropa Birliyi ölkələrinin təhlükəsizliyi və sərhədlərinin toxunulmaz olduğunu xəbərdarlıq edib.
O sentyabrın 9-da Avropa Paprlamentində bildirib ki, Balitik ölkələri və Polşa Avropa Birliyinin çox vacib üzvləridir və onlar fikirləşməməlidir ki, sərhədləri təhlükədə olanda biz onları tək qoyacağıq.
“Moskva bunu çox aydın başa düşməlidir”-deyə o vurğulayıb.
Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişədən sonra Qərblə Moskva arasındakı münasibətlər həddən artıq pisləşib.
Bu Avropa Birliyinin üzvüü olan Polşa, Litva, Latviya və Estoniyanın narahatlığına səbəb olub.
Bu ölkələr Moskvanın soyuq müharibə dövründə olduğu kimi bu ərazilər üzərində nəzarətini bərpa etmək istəməsindən ehtiyat edirlər.