Penzada Stalinin büstü qurulub

Josef Stalin

Rusiya Kommunist Partiyasının yerli şöbəsi Penzada Josif Stalinin bütünü qurub.

Buna qarşı çıxan “Yabloko” partiyası və şəhər sakinləri büstün şəhərin mərkəzindən götürülməsi tələbi ilə 600-dək imza toplayıblar.

Şəhər meri Yuri Kirova göndərilən petisiyada bunun Stalin rejimi dövründəki repressiyaların qurbanı olan 26 mindən çox insanın xatirəsinə təhqir olduğu bildirilir.

“Yabloko”partiyası bildirir ki, kommunistlər büstün qurulmasını rəhbərliklə razılaşdırmayıblar.

Amma şəhər rəhbərliyi bildirir ki, büst şəxsi torpaq sahəsində qurulduğundan kommunistlər qanunu pozmayıb.