Azərbaycan BMP-3 və T-90S tankları alır

T-90 tankları

Rusiyanın Azərbaycana satdığı BMP-3 döyüş maşınlarının verilməsi gələn il başa çatdıracaq.

TASS-ın məlumnatına görə, hazırda son 50 maşının çatdırılması həyata keçirilir.

Məlumata görə, Rusiya həmçinin Azərbaycana T-90S tanklarının satışını başa çatdırmaq üzrədir.

Rusiya KİV-lərinin məlumatına görə, Azərbaycan Rusiyadan T-90S tankları, təxminən 100 BMP-3 artilleriya, reaktiv yaylım atəşi sistemləri və təmir-köçürmə maşınları alıb.

Ekspertlər 2010-cu ildə tərəflər arasında bağlanmış müqavilələrin 1 milyard dollar dəyərində olduğunu deyirlər.