Nemtsov Sakharov mükafatına namizəddir

Boris Nemtsov

Rusiya müxalifətinin mərhum üzü və siyasətçi Boris Nemtsovla Rusiyada həbsdə olan ukraynalı keçmiş pilot Natiya Savchenkonun adları 2015-ci il Sakharov mükafatina irəli sürülən namizədlər arasındadır.

50 min avroluq bu müjafatı Avropa Parlamenti 1988-ci ildə təsis edib.

Bu mükafat hər il insan haqları və azadlıq uğrunda mübarizə aparan ayrı-ayrı şəxslər və qruplara verilir.

Rusiyanın keçmiş baş nazir müavini və prezident Vladimir Putinin əsas tənqidçilərindən olanNemtsov 2015-ci ilin fevralında Moskvanın mərkəzində qətlə yetirilib.

Savchenko isə 2014-cü ildə Uşraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən tutularaq Rusiyaya verilib.

O 2 Rusiya jurnalistinin qətində, onların yerini deməkdə ittiham olunur.

Savchenko ittihamı rədd edir.

Namizədlər arasında Edward Snowden, Antoine Deltour, Stephanie Gibaud, Səudiyyə Ərəbistanından olan blogger Raif Badawi və Somalidən olan fəalEdna Adan Ismailin də adları var.