Slovakiya"Şimal axını"nı xəyanət sayır

Arseniy Yatsenyuk və Robert Fico

Ukrayna və Slovakiyanın baş nazirləri Qərbi Avropanı qazla təmin edən “Şimal axını” kəmərinin genişləndirilməsi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmaı tənqid ediblər.

Slovakiyanın baş naziri Robert Fico sentyabrın 10-da Bratislavada ukraynalı həmkarı Arseniy Yatsenyukla görüşdə bu razılaşmanı xəyanət adlandırıb.

Yatsenyuk isə bunun Avropa və Ukrayna əleyhinə layihə olduğunu deyib.

Yatsenyuk bildirib ki, əgər “Şimal axını-2” layihəsi həyata keçirilsə Ukrayna tranzitə görə, 2 milyard, Slovakiya isə 800 milyon dollar itirəcək.

Rusiya ilə Qərbi Avropa ölkələri ötən həftə kəmərin Baltik dənizinin dibindən keçməsi barədə razılaşma imzalayıblar.

Layihəni Polşa da tənqid edib.