"Qarabağ" ayın 15-də Londona gedir

Qurban Qurbanov

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Tottenhem"lə qarşılaşacaq "Qarabağ" sentyabrın 15-də Londona yollanacaq.

Bu barədə klub açıqlama verib.

"Tottenhem" - "Qarabağ" görüşü sentyabrın 17-i Avropa vaxtı ilə saat 20:05-də başlayacaq.

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika) ,"Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)