“İraqla Suriya dövlət kimi qalmaya bilərlər”

Suriyada Al-Qaeda silahlıları

-

İraqla Suriya müharibə və təriqət savaşıyla əbədi sıradan çıxmış kimi görünür və dövlət kimi qalmaya bilərlər. ABŞ kəşfiyyat rəsmiləri sentyabrın 10-da bir daha öz dəyərləndirmələrini yayıblar.

Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri general leytenant Vincent Stewart deyib ki, İraq üç müxtəlif regiona – kürd, sünni və şiə ərazilərinə parçalanacaq.

Həmin fikirlər bu yayın əvvəlində də səslənmişdi və İraq baş nazirinin tənqidinə səbəb olmuşdu.

“Bu ehtimalın geri qayıtdığını görürəm,” Stewart sentyabrın 10-da Vaşinqtonda sənaye konfransında deyib. O, İraqla Suriyanın böyük hissəsini İslam Dövləti ekstremist qruplaşmasının ələ keçirdiyimi vurğulayıb.

İD İraqın şimal qərbini, eləcə də Suriyanın şərq hissəsinin üçdə birini tutub və radikal sünni xilafəti yaratdığını elan edib. Yarı-muxtar region olan İraq kürdləri isə ərazilərinin bir hissəsini, eləcə də İraqın şimalında sünni mövqeləri İD-dən almağa çalışır.

Kürdlərin prezidenti Masud Barzani bu yaxınlarda bəyan edib ki, kürdlər həyatları bahasına azad etdikləri ərazini mərkəzi hökumətə qaytarmamalıdırlar. O, iyunda CNN-nin əməkdaşı Christiane Amanpour-a müsahibəsində deyib ki, İraq açıq-aşkar parçalanmaqdadır.