Prezident Qazaxıstandadır

İlham Əliyev

-

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Qazaxıstana işgüzar səfərə gedib. Məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etməkdir.

Məlumatı AZƏRTAC yayıb.

Astana şəhərinin hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.