Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqində atəşkəslə bağlı razılaşmanın ilin sonunadək tam yerinə yetirilməsini təkid edir.
Razılşama bu ilin fevralında Minsdə əldə olunub.
Poroshenko sentyabrın 11-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, razılaşma 2015-ci ilin sonunadək başa çatdırılmalıdır və uzadıla bilməz.
Poroshenko danışıqlarda xüsusi nümayəndəsi və keçmiş prezidentLeonid Kuchmaya razılaşmanın müddətinin uzadılması ilə bağlı istənilən təklifin rədd edilməsini tapşırıb.
Avropa Parlamentinin prezidenti Martin Schulz bundan əvvəl prosesin uzadılmasını təklif edib və Ukraynanın şərqindəki rusiyapərəst separatçılar bunu dəstəkləyib.
Poroshenko həmçinin bildirib ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə dərhal və kəskin cavab almadığından Suriyada fəaliyyətini artırıb.
O deyib ki, Rusiyanın Suriyaya qüvvələr göndərməsi Yaxın Şərqdə zorakılıq və Avropa Birliyinə qaçqın axınının artmasına səbəb olacaq.