Bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təxminən 4,5 milyard manat daxil olub. Proqnoz tapşırığına 101,4 faiz əməl edilib. Nazirliyin məlumatına görə, hesabat dövründə vergi orqanlarında 52 min 897 vergi ödəyicisi qeydiyyata alınıb.
2014-cü ilin eyni dövrü ilə müqayisədə bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi təxminən 280 milyon manat azalıb. Ötən il həmin dövrdə büdcəyə 4 milyard 844 milyon manat daxil olmuşdu.