BMT-nin qaçqınlar üzrə idarəsi ABŞ-ın 10 min Suriya qaçqını qəbul eləməsini alqışlayıb, amma bildirib ki, Vaşinqton bundan daha çox edə bilər və etməlidir.
İdarənin sözçüsü William Spindler sentyabrın 11-də Cenevrədə bildirib ki, idarə Macarıstan hərbçilərinin hərəkətini diqqətlə izləyir və polislə hərbçilər qaçqınların hüquqlarına hörmətlə yanaşmalıdırlar.
Spindel həmçinin Avropa Birliyinin 160 min qaçqın qəbul etmək planını alqışlayı və Yunanıstan, Kİtaliya və Macarıstanda xüsusi mərkəzlər yaratmağa çağırıb.
O qeyd edib ki, 2016-cı ilin sonunadək Avropa Birliyinə 200 min qaçqın gələcəyi gözlənilir.
Spindel idarənin Macarıstandakı 300 qaçqın ailəsinə yığma evlər göndərdiyini bildirib.
BMT-nin məlumatına görə, təkcə bu il Avropa ölkələrinə 380 mindən çox qaçqın keçib və bu rəqəm yaxın həftə və aylarda sürətlə artacaq.
Qaçqınların əksəriyyəti Suriya, İraq və Liviyadandır.