Qazax xanlığının 550 illiyi qeyd edilir

Nursultan Nazarbaev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsini “Böyük çol torpağı” adlandırırb.

O Qazax xanlığının 550 illiyi ilə bağlı Astanada keçirilən xüsusi tədbirdə bildirib ki, Qazaxıstanın bu qeyri-rəsmi ad bizim çox millətli ölkəmizin xaraketirini simvollaşdırır.

Bu tədbirlə yanaşı sentyabrın 11-də Astanada Türkdilli ölkələrin əməkdaşlıq şurasının sammiti də keçirilir.

Bu şuraya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

Bayram tədbirlərində Azərbaycan prezidenti İlham Əliyevlə Qırğızıstan prezidenti Almazbek Atambayev də iştirak edirlər.

Nazarbayev Qazax xanlığının 550 illiyi ideyasını ötən il, Rusiya prezidenti Vladimir Putinin bəyanatından sonra irəli sürüb.

Putin həmin vaxt qazaxların hec vaxt dövləti olmadığını demişdi.