Azərbaycan komandası ABŞ-da ikinci oldu

Foto arxiv

ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Yunan-Roma güləşində olimpiyada üçün 6 mümkün lisenziyadan 4-ünü toplayan Azərbaycan komandası Rusiya ilə bərabər ilk sırada yer alıb.

Çempionatı 1 qızıl , 1 gümüş və 1 bürünc medalla başa vuran Azərbaycan yığması komanda hesabında 39 xal toplayaraq ikinci olub. 1-ci yeri i46 xalla Rusiya, üçüncü yeri isə 35 xalla Ukrayna komandası tutub.

Azərbaycanın Yunan-Roma güləşçiləri artıq vətənə yollanıblar.