-
«Artıq Qarabağ münaqişəsində sülhə nail olunmalıdır».
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick «Amerikanın Səsi»nə müsahibəsində deyib. O bildirib ki, sülhün vaxtı çatıb: «Problemin həllinə nail ola bilsək, onda xalqlar bölgənin necə dəyişəcəyini görəcəklər».
Diplomat ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəklərinə ümid bəslədiklərini də söyləyib: «İki ölkənin xarici işlər nazirlərinin sentyabrda Nyu-Yorkda keçiriləcək görüşündə biz görüşün gündəliyi, vaxtı və yerini müəyyən etməyə çalışacağıq».