-
2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.
«APA-Economics»in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin dediyinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: «Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli, satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir».
2015-ci il büdcəsində neftin barrelinin qiyməti 90 dollardan müəyyən edilmişdi. Lakin il ərzində neft ucuzlaşmaqda davam etdi və hazırda 50 dollar səviyyəsindədir.