BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Zeid Raad al Hussein Rusiya və Çində hökumət tənqidçilərinin susdurulmasına yönəlmiş cəhdlərdən narahatdır.
O son aylar Çində 100-dən çox hüquqşünasın saxlanması və dindirilməsi, habelə Rusiya hakimiyyətinin xaricdən maliyyələşən təşkilatlarla rəftarını tənqid edib.
O sentyabrın 14-də BMT insan haqları şurasının açılışında çıxış edərkən həmçinin İranın nüvə sazişi ilə bağlı əldə edilmiş sazişi alqışlayıb.Amma eyni zamanda Tehranı insan haqları sahəsində vəzittəyin yaxşılaşdırılması istiqamətində tədbirlər görməyə çağırıb.
Zeid Raad al Hussein miqrant məsələsinə də toxunub.
O Avropanı uşaqlar başda olmaqla miqrantların saxlanması və onlarla pis rəftarı dayandırmağa çağırıb, miqrasiya kanallarını genişləndirməklə bu sahədə hərtərəfli siyasət hazırlamağa çağırıb.