Ötən gecə iki ev, bir maşın yanıb

-

Sentyabrın 15-də Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 3 otaqlı mənzildə yanğın olub. Mənzilin 1 otağı əşyalarla birlikdə yanıb.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində isə 1 otaqlı ev yanıb. Yanğın saat 02:49-da söndürülüb.

Sumqayıtda isə "Naz-Lifan" markalı maşının mühərriki yanıb. Yanğın saat 02:26-da söndürülüb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.