Kremlin saytına hücum olubmuş

Foto illüstrasiya

-

Sentyabrın 13-də hakerlər Kremlin vebsaytına “çox güclü” hücum ediblər. Rusiya hökuməti xəbəri sentyabrın 14-də yayıb.

Kremlin sözçüsü Dmitry Peskov hücumu Rusiyada həftəsonu keçirilən regional seçkilərlə əlaqələndirib. Müxalifət həmin seçkilərdə yalnız bir regionda hökumətə bağlı siyasətçilərlə mübarizə apara bilib.

Peskov deyib ki, seçki komissiyasının saytı səhər saatlarında hücuma məruz qalıb, eləcə də bazar günü səhər saat 5-10 arası Rusiya prezidentinin saytına hücum olub.

“Müdafiə sistemləri işləyib, ancaq hücum çox güclü olub, onu dəf etmək elə də asan başa gəlməyib”.

O, hücumun arxasında kimin durduğunu bilmədiyini deyib.

Rusiyanın özünün cinayətkar haker dəstəsi var və ABŞ mütəmadi olaraq Rusiyanı haker hücumlarında ittiham edir.