Peskov:"ABŞ-la dialoq dəyişməzdir"

Dmitry Peskov

Dmitry Peskov

“Suriya münaqişəsi ilə bağlı Moskva ilə Vaşinqton arasında dialoq dəyişməzdir”.

Bunu Kremlin sözçüsü Dmitry Peskov sentyabrın 15-də Rusiya və ABŞ prezidentlərinin Suriya ilə bağlı mümkün görüşü barədə sualı cavablandırarkən deyib.

ABŞ hərbçiləri sentyabrın 14-də bəyan edib ki, Rusiyanın bu yaxınlarda Suriyanın Latakiyə şəhəri yaxınlığında hərəkəti, Moskvanın orda hava bazası qurmasından xəbər verir.

Pentaqonun sözçüsü Jeff Davis həmin əraziyə daima canlı qüvvə və avadanlıqlar cəmləşdirildiyini bildirib.

Suriya prezidenti Bashar Assadın əsas müttəfiqi olan Rusiya isə Suriyada hərbi iştirakının genişləndirilməsinin beynəlxalq terrorçuluqla mübarizənin tərkib hissəsi olduğunu bildirir.

Moskva bəyan edib ki, məqsəd İslam Dövləti qrupu və digər yaraqlılarla mübarizə aparan Suriya ordusunu möhkəmləndirməkdir və bu yaraqlılarla mübarizədə ən yaxşı yoldur.