Rusiya məhkəməsi sentyabrın 15-də ukraynalı pilot Nadia Savchenkonun həbs müddətini uzadıb.
Məhkəmə hesab edir ki, istintaq davam etdiyindən o daha 6 ay həbsdə qalmalıdır.
Savchenko 2014-cü ildə Ukraynanın şərqində 2 Rusiya jurnalistinin ölümündə, onların yerini göstərməkdə ittiham olunur.
Onu rusiyapərəst separatçılar tutaraq Moskvaya təhvil verib.
Təqsirli bilinsə ona 25 il həbs cəzası kəsilə bilər.
Savchenko ittihamı rədd edir.
O həbsxanada buna etiraz olaraq 80 gün aclıq aksiyası keçirib.
Kiyev, Avropa Birliyi və digər qərb ölkələri onun buraxılmasını tələb edirlər.
Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.