Zeman: "30-a yaxın layihə var"

Milos Zeman

-

Çexiya Azərbaycanda 30-a yaxın layihəyə investisiya qoymağa hazırdır.

Bunu Azərbaycanda səfərdə olan Çexiya prezidenti Milos Zeman deyib. O, sentyabrın 15-də Prezident İlham Əliyevlə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dövlət başçısı deyib ki, söhbət dəmir yolu xətlərinin çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, enerji sahəsində əməkdaşlıqdan gedir: “Bu cür işbirliyi nəinki Azərbaycan, o cümlədən Gürcüstan ərazisində aparıla bilər”.

Cənab Zeman onu da deyib ki, onlarla müxtəlif layihənin olduğu kənd təsərrüfatı sahəsində əməkdaşlıq qurula bilər:

“Nəqliyyat sahəsinə gəldikdə, aşağı gərginlik tramvayları ilə bağlı layihəni artıq qeyd etdim. Əlbəttə, artıq dediyim kimi, silah, yükdaşıyan nəqliyyat sahəsində də əməkdaşlığa hazırıq. İstərdim ki, Azərbaycanda Çex avtomobilləri təşviq olunsun. İstəsəniz, burada 30-a yaxın digər layihə siyahısını təqdim edə bilərəm. Lakin istərdim ki, bu haqda biznes forumda danışaq”.