Ugulava qanunsuz saxlanıbmış

Gigi Ugulava

-

Gürcüstanın Konstitusiya Məhkəməsi sentyabrın 16-də qərar çıxarıb ki, əsas müxalifət liderlərindən biri korrupsiya ittihamları ilə 14 ay həbsdə qanunsuz olaraq saxlanıb.

Tbilisinin keçmiş meri, eks-prezident Mikheil Saakashvili-nin müttəfiqi Gigi Ugulava 2014-cü ilin iyulunda həbs olunub, dövlət vəsaitini düzgün xərcləməməkdə ittiham olunub.

Məhkəmənin qərarına görə, bu saxlama həbs qətimkan tədbiri üçün 9 aylıq limiti pozub və onun həbsdə saxlanması qanunların pozulması deməkdir.

Ugulava mühakimə olunan bir neçə keçmiş rəsmidən biridir. 2012-ci ildə onun Vahid Milli Hərəkat partiyası seçkini hakim Gürcü Arzusu koalisiyasına uduzandan sonra cinayət təqibi başlanıb.

Müxalifətçi təqibin siyasi motivli olduğunu deyir. Saakashvili rəsmilərinin həbsi Qərbin tənqidinə səbəb olub, Qərb selektiv mühakimə ehtimalı barədə xəbərdarlıq edib.

Tbilisinin meri olan zaman Ugulava böyük infrastruktur layihələri və sosial islahatlar həyata keçirib. Bütün bunlar Gürcüstan paytaxtında həyat şəraitinin yaxşılaşdırılmasına təkan verib.